14 avqust 2019 11:10

İstanbulda hotel yanır - TURİSTLƏR XƏSARƏT ALIB

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb. FED.az Trend-ə istinadən xəbər verir ki, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz