14 avqust 2019 10:58

Çin Mərkəzi Bankı öz kriptovalyutasını buraxacaq

Çin Mərkəzi Bankının rəhbər müavini qeyd edir ki, tənzimləyici kriptovalyuta buraxmağa “demək olar ki” hazırdır. Bu, “Facebook” un Libra valyutasının çıxması ilə əlaqədar ola bilər.

FED.az -ın məlumatına görə, Banker.az bu haqda Reuters-ə istinadən xəbər verir.

Qeyd edildiyi kimi, emissiya iki pilləli sistem prinsipi ilə aparılacaq. Yalnız Mərkəzi Bank deyil, eyni zamanda digər maliyyə təşkilatları da valyuta buraxa biləcəklər. Kriptovalyuta üzərində işləmək üçün 2014-cü ildə qrup yaradılmışdır, hökumətin əsas məqsədi kağız pulun miqdarını azaltmaq və pul kütləsi üzərində nəzarəti gücləndirməkdir.

Bloomberg-in verdiyi məlumata görə, Çin Mərkəzi Bankının öz kriptovalyutasını buraxmaq qərarına gəlməsi, “Facebook” un Libra kriptovalyutasının çıxması ilə əlaqədar olub. Çin tənzimləyicisi qeyd edir ki, potensial risklərdən qurtulmaq üçün Libra maliyyə qurumlarının nəzarəti altında olmalıdır. Çinin xarici valyutalar administrasiyasının nümayəndəsi bildirir ki, “Libra Çin tərəfindən xarici valyuta kimi nəzərdən keçirilməli və müvafiq qaydada tənzim edilməlidir”.

“Əlbəttə ki, Libra-nın çıxması tənzimləyiciləri və mərkəzi bankları hərəkətə gətirən əsas amillərdən biri olub. Onlar dərhal rəqəmsal aktivlər üzərində işləməyə başlayıblar. Kriptovalyutalar maliyyə sahəsində radikal dəyişiklərin baş verməsinə səbəb olacaqlar”, – deyə “BC Technology Group” şirkətinin direktoru David Chapman bildirir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz