10 avqust 2019 09:59

Kəlbəcər və Laçın sakinləri hökumətdən torpaqların azad edilməsini tələb ediblər - XİN-DƏN AÇIQLAMA

Bu gün Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından olan bir qrup məcburi köçkünlə Xarici İşlər Nazirliyində (XİN) görüş keçirilib.  

FED.az-ın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib.  

“Hər 2 rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edilib. Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!”, - L. Abdullayeva qeyd edib. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz