09 avqust 2019 12:39

Unibank Paralimpiyanın ən yaxın dəstəkçilərindən biridir - MÜSAHİBƏ

Unibank Paralimpiya komandasına tək maddi deyil, həm də mənəvi dəstək olur. Bankın bu
addımı əslində cəmiyyətə nümunə olacaq bir davranışdır. Bu haqda Milli Paralimpiya
Komitəsinin Baş katibi Kamal Məmmədov bildirib.
- Kamal müəllim, bu günlərdə paracüdo üzrə Azərbaycan milli komandası Avropa
çempionatında uğurla çıxış etdi. Son illərdə idmanın digər növləri üzrə də
paralimpiyaçılarımızın yüksək qələblərinin şahidi oluruq.
Paracüdo millimiz bu günlərdə İtaliyadan möhtəşəm qələbə ilə geri dönüblər. Paracüdo idman
növü üzrə Avropa çempionatında 18 Avropa ölkəsi iştirak edirdi. Milli komandamız fərdi
yarışlarda 1-i qızıl olmaqla, 10 medal qazandı. Komanda yarışlarında yarımfinalda Rusiya
komandası üzərində möhtəşəm qələbədən sonra, finalda Avropanın yığma komandasına 6:0
hesabı ilə qalib gəldilər və beləliklə Azərbaycan komandası Avropanın ən güclü paracüdo
komandası adına layiq görüldü. Bu il lisenziya ili olduğundan, bütün komandalarımız üçün
həyacanlı və gərgin bir ildir. Hədəf “Tokio 2020” Yay Paralimpiya oyunlarına daha çox
lisenziya qazanmaqdır. Bəzi komandalarımız bu lisenziyanı artıq təmin ediblər. Bir neçə
komandamız isə bu il və gələn ilin əvvəlində keçiriləcək beynəlxalq yarışlarda yüksək nəticə
göstərərək, bu lisenziyanı təmin edə bilərlər. Güclü komandalarımız var və qələbələrinə inanırıq.
Bütün yarışlar lisenziya qazanmağa hədəflənib.
- Bir sıra özəl şirkətlər də paralimpiya komandalarına yaxından dəstək göstərir. Bu
dəstək komandaların uğurlarına necə təsir edir?
Azərbaycanda Paralimpiya hərəkatının inkişafı hər zaman dövlətin diqqətində olub və biz bu
xüsusi qayğını davamlı hiss etmişik. Ümumilikdə isə paralimpiya hərəkatına dəstək olan
tərəfdaşlarımız çoxdur. Amma bir paralimpiya komandasına davamlı və uzunmüddətli dəstək
verən tərəfdaş Unibank olub. 2018-ci ilin martında Paralimpiya Komitəsi ilə Unibank arasında 3
illik əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, Unibank 2020-ci ilədək- yəni 3
il ərzində Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda
rəsmi tərəfdaşı olaraq, komandanın inkişafına da dəstək verir. Biz bunu çox yüksək
qiymətləndiririk. Burda dəstək tək maddi köməkdən getmir, həm də mənəvi dəstəkdən gedir.
“Unibank”ın komandaya dəstəyi təkcə yarışlarda iştirakı təmin etməklə bitmir. Unibank ailəsi
bayramlarda da güllə atıcılarının yanındadır. Komanda üzvlərinin evlərinə qədər gedib, onlara
baş çəkirlər. Hətta komanda yarışlardan qələbə ilə qayıtmayanda belə, Unibank əməkdaşları
onları əsl qaliblər kimi böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Bu, komanda üçün çox böyük
motivasiyadır. Onlara doğma münasibət bəsləmək, bir ailənin üzvləri kimi yanaşmaq, bank
komandasından biri kimi yanaşmaq gözəldir. Komandaya inanmaq, hər bir üzvünə doğma insanı
kimi yanaşmaq- bu maddi köməkdən qat-qat vacib olan bir dəstəkdir. Tam səmimiyyətimlə
deyirəm ki bu doğmalıq komandaya daha böyük ruh verir. Onları qələbələrə daha da ruhlandırır.
“Unibank”ın bu addımı əslində cəmiyyətə nümunə olacaq bir davranışdır. Çünki indi dəstək
deyəndə cəmiyyətdə daha çox maddi kömək başa düşülür. Amma insanlara maddidən çox
mənəvi dəstək olmaq lazımdır ki, Unibank komandası da bunu çox gözəl bacarır.

Bu dəstək komandanın uğurlarına necə təsir göstərir? Mən bir hadisəni danışmaq istəyirəm.
Güllə atıcıları komandası Cənubi Koreyadan qayıdırdılar. Yarışlarda yaxşı nəticələr göstərsələr
də, sonda medal qazana bilməmişdilər. Amma Unibank əməkdaşları onları əsl qaliblər kimi
qarşıladı. Səhəri gün komanda üzvlərindən biri mənə zəng edib belə dedi: “bank əməkdaşları bizi
elə yüksək səviyyədə qarşılayanda o qədər təsirləndim, gözəl hisslər yaşadım ki, özümü yarışda
medal qazanmış idmançı kimi hiss elədim”. Bu doğrudan çox gözəl bir ənənədir.
Güllə atıcılığı üzrə milli paralimpiya komandasının idman uğuruna gəlincə, qarşıda bizi iki
beynəlxalq yarış gözləyir. İnanıram ki, bu beynəlxalq yarışlarda komanda Tokio -2020-də iştirak
üçün lisenziya qazanacaq. Çünki komandanın buna potensialı var.
- Unibankın komandaya davamlı dəstəyi komandanın fəaliyyətində nəyi dəyişdi?
Güllə atıcılığı komandamız əvvəllər də beynəlxalq olimpiadalara qatılıblar. Amma əvvəllər
yarışlarda, təlim- məşq toplantılarında “Unibank”ın dəstəyi dövründə olduğu qədər çox iştirak
etməyiblər. Təmin olunmuş davamlı məşqlər, müxtəlif çempionatlarda iştirak, idmançı üçün
əlavə təcrübədir, təkmilləşmədir. Unibank onlara bu imkanı yaratdı. Komandanın əksər
xərclərinin Unibank tərəfindən qarşılanması, Paralimpiya Komitəsinə də imkan yaratdı ki,
komandanı yarış ləvazimatları ilə məhdudiyyətsiz təmin etsin. Uzunmüddətli əməkdaşlığın
üstünlüyü odur ki, komanda qarşıdakı 1-2-3 il üçün planlarını, proqramlarını çox rahatlıqla
planlaşdıra, inkişafını, hədəflərini nəzərdə tuta bilir. İnkişaf üçün mütləq uzunmüddətli
əməkdaşlıq, uzunmüddətli təminat lazımdır ki, Unibank da bizə bu imkanı yaratdı. Uzunmüddətli
əməkdaşlıq artıq bank əməkdaşları ilə paralimpiyaçılar arsında ailəvi dostluğa çevrilib.
Komandanın hədəfi 2020-ci il Tokioda Paralimpiya çempionatında iştirak etməkdir. İnanıram ki,
komandamız Tokioya lisenziyanı bu yaxınlarda Avstraliyada keçirilən çempionatda əldə edəcək.
Necə deyərlər, hədəf Tokio 2020-dir!
- Ümumiyyətlə ölkəmizdə fəaliyyət göstərən şirkətlərin KSM fəaliyyətini necə
qiymətləndirirsiniz?
Elə “Unibank”ın nümunəsində biz deyə bilərik ki, ölkəmizdə şirkətlərin uğurlu korporativ sosial
məsuliyyət layihələri mövcuddur. Ümumilikdə şirkətlərin bu sahədəki fəaliyyətinə gəlincə, təbii
ki qaneedici deyil, daha yaxşı ola bilər. “Unibank”la əməkdaşlığımız, bankın bu layihə ilə
yaratdığı fərqli KSM nümunəsi bizə gözəl bir ideya verdi. Biz noyabrda “Yenilməzlər” adlı bir
forum keçirməyi düşünürük. Bu forumda Paralimpiya Komitəsi ilə Unibank arasındakı
əməkdaşlığı nümunə göstərərək, ölkədəki sahibkarlara, şirkətlərə bir mesaj verməyi düşünürük.
Uğurlu KSM layihələri həyata keçirmək, cəmiyyətə faydalaı olmaq istəyirlərsə, Milli
Paralimpiya Komitəsi ilə əməkdaşlıq edə bilərlər. Çünki bu əməkdaşlıq şikətlərə sponsor,
maliyyə dəstəkçisi obrazından çıxaraq, mənəvi dəstəkçi, cəmiyyətin dəyərlərinə daha çox fayda
qatmaq, gözəl işlərə bir nümunə olmaq, bu sahədə gözəl ənənə yaratmaq imkanı verir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz