09 avqust 2019 11:25

Türkiyədə siqaret bahalaşır – BÜDCƏYƏ 5 MİLYARD LİRƏ GƏTİRƏCƏK

Türkiyədə siqaretin qiyməti artır. FED.az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, orta qiyməti 13,2 lirə (1 lirə = 0,31 manat) olan bir qutu siqaretin qiymətinin 3 lirə qaldırılması ilin sonuna qədər büdcəyə əlavə 6 milyard lirə vəsait daxil olmasına gətirib çıxaracaq.

"Hürriyət" qəzetinin şərhində bildirilir ki, tütün məhsullarının qiymətinin 3 lirə artması nəticəsində qiymət dəyişməsinin nisbəti 22,7 faizə çatıb. Siqaretin ümumi inflyasiya göstəricisində xüsusi çəkisi isə 3,87 faiz təşkil edir. Ölkədə tütün məhsullarının qiymətinin artırılmasının inflyasiyaya 0,89 nisbətində təsir edəcəyi gözlənilsə də, bu, büdcə daxilolmalarında kifayət qədər artıma səbəb olacaq.

Hesablamalara görə, ilin sonuna qədər büdcəyə proqnozdan əlavə 5 milyard lirə məbləğində xüsusi istehlak vergisi (XİV), 1 milyard lirə məbləğində isə əlavə dəyər vergisi (ƏDV) cəlb olunacaq. İyun ayında siqaretə görə yığılan XİV gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 50,4 faiz artaraq 5 milyard lirə olmuşdu. Yanvar-iyun dövründə isə XİV yığımı keçən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artımla 24 milyard 727 milyon lirə təşkil etmişdi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz