08 avqust 2019 17:51

İnəksiz süd istehsalı – SÜD BAZARI DƏYİŞİR, YENİ BİZNES

Dünyanın süd və süd məhsulları bazarı böyük dəyişikliklər ərəfəsindədir.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, süni  - inəyin iştirakı olmadan süd istehsalı üzrə sürətlə yeni şirkətlər yaranır. Onlar ənənəvi süd istehsalçıları üçün əsl rəqibə çevriliblər.
Vaxtilə körpələrin ana südü istehlakı bazarının 35%-nə ələ keçirmiş Amerikalı süd istehsalçıları indi yeni  - südü laboratoriyalarda istehsal edən şirkətlərlə üzbəüz qalıblar.
«Perfect Day» və «Motif» kimi startaplar, inəksiz süd məhsullarını istehsalını qurmaq üçün böyük yatırımlar  - müvafiq olaraq 61,5 milyon və 90 milyon dollar toplayıblar. Sözügedən şirkətlər süd zülallarını böyütmək üçün mikroblardan istifadə edir, südlərini ləzzətləndirir və eyni zamanda inəksiz pendir, qatıq və xama inkişaf etdirirlər.
Lakin laboratoriyada istehsal olunun süd fermerlərin heç də ən böyük problemi deyil.
Əsas problem bitki əsaslı – müxtəlif bitki növlərindən çəkilən südlərdir.
Bitki əsaslı südlər hazırda bütün süd bazarının 13%-ni təşkil edir və 16 milyard dollarlıq bitki-süd sənayesində satışlar keçən il 6% artıb.
Badam südü hələ də satılan bütün bitki südünün ⅔ hissəsini təşkil edir. Lakin "alt süd" üçün istehlakçı susuzluğu böyüdükcə bitki-süd startupları artan "ağız payı" üzərində qalib gəlirlər.
 
Hazırda bitkilərdən alınan süd növləri artmaqdadır – həmin südlər və onların yaradıcıları bunlardır:
 
1. Yulaf südü: 2018-ci ildə 110 milyon dollar satış etmiş və bu il 230 milyon dollar gözləyən «Oatly» şirkəti tərəfindən buraxılır. Bir müddət əvvəl şirkət ABŞ-da fabrik açıb və məhsulunu 7 min mağazada satır.
 
2. Makadamiadan alınan qoz südü: Avstraliyada qozdan südə istehsalı ilə məşğul olan «Milkadamia» şirkəti öz məhsullarını ABŞ-dakı 5 min mağazada (Walmart daxil olmaqla) satır.
 
3. Noxud südü: 108,6 milyon dollar cəlb edən «Ripple» şirkəti 2016-cı ildə «Whole Foods» şirkəti ilə müqavilə bağlayıb və ilk ilk ərzində satışları 300% artırıb.
 
4. Banan südü: Hal-hazırda 2 min mağazada satılan, lakin ilin sonuna qədər 3 min mağazaya genişlənməsi planlaşdıran «Mooala», bu yaxınlarda bir qaymaq istehsalına da başlayacaq.
 
5. Kətan südü: «Good Karma» şirkəti 2018-ci ildə Amerikanın ən böyük süd şirkəti olan Dean Foods ilə saziş bağlayıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz