07 avqust 2019 15:04

Almaniyada son 10 ilin - ƏN KƏSKİN GERİLƏMƏSİ QEYDƏ ALINIB

Almaniyada sənaye istehsalı iyun ayında 2009-cu ilin sonundan bu yana son 10 ilin ən aşağı səviyyəsinə enib. FED.az xarici mediyaya istinadən xəbər verir ki, Almaniyada sənaye istehsalı təkcə ötən ilin eyni dövrü ilə müqayisədə 5.2% geriləyib. Amma iqtisadçılar azalmanı 3.7% proqnozlaşdırırdılar.

Sənayenin azalması məşğulluq bazarına mənfi təsir etməyə başlayıb.

Proqnozlara görə, Almaniyada sənaye istehsalımay ayı ilə müqayisədə iyunda 0.5% azalmalı olduğu halda,1.5% azalıb.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz