07 avqust 2019 15:00

«Azərsu» rəhbərliyi vətəndaşları qəbul edəcək – YERLƏR, TARİXLƏR

«Azərsu» ASC rəhbərliyi avqustda vətəndaşlarla görüşəcək. Qurumdan FED.az-a verilən məlumata görə, «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov 16 avqust 2019-cu il tarixində Qazax şəhərində Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək. 19 avqust 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov  Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşəcək. 20 avqust 2019-cu il tarixində isə  “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Tovuz rayonu sakinlərini qəbul edəcək.
Eləcə də bax:İlham Əliyev İcra Hakimiyyətinin yeni binasının - AÇILIŞINDA

Qəbullar Qazax, Şəmkir və Tovuz  rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Tovuz rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz