07 avqust 2019 12:41

Bakı yolları yeni boya ilə rənglənir - AGENTLİKDƏN AÇIQLAMA

Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb. Məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırımaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
Eləcə də bax:AZAL təyyarəsinin ayaqyolundan 18 ədəd “iPhone” çıxdı - VİDEO

 

İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:

 

 Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

 Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

 

 Daha asan yuyula bilən olması

 

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz