07 avqust 2019 11:07

Türkiyədə dollar - UCUZLAŞDI

Türkiyədə Dollar ucuzlaşır, Lirə bahalaşır. 

FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi 5.50 səviyyəsindən də aşağı düşüb və 5.4995-i görüb.

ABŞ və Çin arasında ticarət müharibəsinin Türkiyəyə təsiri məhduddur, ABŞ-ın Rusiyadan S-400 aldığına görə Türkiyəyə sanksiya tətbiq etməsi riski də sovuşub. Həmçinin, Türkiyədə inflyasiya düşür. Bütün bu proseslər Türk Lirəsinin bahalaşmasına təkan verir.

Türk Lirəsinin bahalaşmasının əsas səbəbi Türkiyənin ABŞ ilə əlaqələrin yaxşılaşmasıdır. Eyni zamanda turizm mövsümü olduğundan ölkəyə valyutanın daxil olması artıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz