06 avqust 2019 16:26

Samuxda 200-dən çox müasir istixana - FƏALİYYƏT GÖSTƏRİR

Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təminatı məqsədilə verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, Samux rayonu ərazisində təsərrüfat sahibləri tərəfindən istixanaların yaradılması davam edir.

FED.az xəbər verir ki, hazırda rayonda 200-dən çox müasir istixana fəaliyyət göstərir.
Eləcə də bax:İstixana (parnik) biznesi sərfəlidirmi? - HESABLAMA

Bu istixanaların ümumi sahəsi 85 hektar təşkil edir. Həmin istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar və digər məhsullar yetişdirilir. Bu məhsulların çox hissəsi əsasən MDB ölkələrinə ixrac olunur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz