06 avqust 2019 12:16

Bayram qoyunlarını onlayn ala bilərsiz - AZƏRBAYCANDA YENİLİK

Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə bağlı təşkil edilmiş yarmarkada yenilik edib. FED.az xəbər verir ki, sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasından artıq onlayn qoyun sifariş vermək mümkündür. Belə ki, nazirlik bayram günü bazarlarda uzun növbələr yaranmasının qarşısını almaq üçün onlayn növbə sistemini yaradıb:

“Vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək”. 

Qeyd edək ki, bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Bakı şəhəri üzrə:

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (“White palace” şadlıq sarayının yanı)

Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)

Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.

Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26,  Heyvan kəsimi məntəqəsinin həyəti

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72

Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti

Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti

Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun  arxa hissəsi

Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi,  "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi

Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi

Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi

Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı

Yasamal rayonu, Yeni Yasamal,  M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz