05 avqust 2019 17:58

BP adi rejimdə, lakin xüsusi reqlamentə uyğun işləyir

Bakı və Abşeron yarımadasında davam edən güclü küləyə baxmayaraq “BP Azerbaijan” şirkəti işini normal rejimdə davam etdirir.

Bu barədə FED.az Trend-ə istinadən xəbər verir.

Qeyd olunur ki, əlverişsiz hava şəraitində, xüsusilə də açıq havada şirkətin təhlükəsiz iş qaydaları mövcuddur.

Reqlamentə əsasən güclü külək, eləcə də yüksək dalğalar olduğu zaman dəniz platformalarının açıq sahələrində təmir, avadanlığın dəyişdirilməsi işləri aparılmır. Bundan başqa ağır yüklü kranların işi qadağan olunur. Sonuncu qərar həmçinin qurudakı Səngəçal terminalının işinə də şamil olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz