05 avqust 2019 16:04

Bakının 5 rayonunda mənzillərin səyyar qeydiyyatı - TƏŞKİL OLUNACAQ

Bakının 5 rayonunda mənzillərin səyyar qeydiyyatı təşkil olunacaq

Avqustun 5-dən 9-dək Bakının 5 rayonunda istismara icazə verilən binalarda mənzillərin səyyar qeydiyyat təşkil olunacaq.

FED.az xəbər verir ki,avqustun 5-i Nizami, 6-sı Sabunçu, 7-i Nəsimi, 8-i Xətai, 9-u isə Nərimanov rayonlarında mənzillərin dövlət qeydiyyatına alınması üzrə xidmətlər göstəriləcək.
Eləcə də bax:«Qeydiyyatsız evə görə kompensasiyanı rüşvət almış icra hakimiyyəti verməlidir» - AMNİSTİYA TƏKLİFİ

Kampaniya Nizami rayonu üzrə 8-ci km yaşayış sahəsi, Elşən Süleymanov 158A ünvanındakı 17 mərtəbəli, 202 mənzilli binada, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki 14 mərtəbəli, 344 mənzilli binada keçiriləcək. Nəsimi rayonunda qeydiyyat xidmətləri Hənifə Ələsgərov küçəsi, 996-cı məhəllədəki 20 mərtəbəli, 71 mənzilli, Xətai rayonunda Nəcəfqulu Rəfiyev küçəsindəki 21 mərtəbəli, 183 mənzilli, Nərimanov rayonunda Ceyhun Hacıbəyli 40 ünvanındakı 18 mərtəbəli, 141 mənzilli binalarda keçiriləcək.

İstismara icazə verilən binalarda təşkil olunan səyyar kampaniyalar vətəndaşların daha rahat və sürətli formada mülkiyyət hüquqlarını həyata keçirməsinə yönəlib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz