05 avqust 2019 13:51

SOCAR 700 işçini dənizdən çıxarır - ŞİRKƏTDƏN AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərlə yerləşdirilib: “SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyyə edilib”. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz