03 avqust 2019 13:27

Azərbaycanda yeni layihə başlayıb -  “AİLƏ SIĞORTAÇISI”

Azərbaycanın sığorta sektorunda yeni “Ailə Sığortaçısı” layihəsi başlayıb. Layihənin müəllifi, tanınmış sığorta agenti Şahin İsmayılov FED.az-a bildirib ki, layihə çərçivəsində sığortaya qoşulan vətəndaş xüsusi güzəştlər əldə edəcək.

Onun sözlərinə görə o yaşayış komplekslərində səyyar şəkildə səfər edərək insanları sığorta barədə həm marifləndirəcək,  həm də vətəndaşlara sığorta məhsulları təqdim edəcək. Bura əmlak sığortası, avtomobillərin icbari və kasko sığortası daxildir.

Şahin İsmayılovun sözlərinə görə, “Ailə Sığortaçısı”na qoşulan şəxslər növbəti ilə kasko sığortasında 10% endirim alacaq. Bundan başqa hadisəsi olduğu zaman sənədlərin toplanmasını sığorta şirkəti edəcək. Həmçinin hadisə olduğu vaxt birbaşa hadisələrin qiymətləndirilməsi və ödənilməsi həyata keçiriləcək. Gələcəkdə bu sığorta məhsuluna qoşulanlara başqa güzəştlər də olacaq.

Məlumat üçün bildirək ki, Şahin İsmayılovun layihəsinə 4 sığorta şirkəti qoşulub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz