01 avqust 2019 11:54

UNEC aliminin məqaləsi - “THOMSON REUTERS"DƏ

UNEC-in alimi, tanınmış iqtisadçı Vüqar Bayramovun daha bir elmi tədqiqatı dünyanın aparıcı jurnalında nəşr edilib. 

Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarovun həmmüəllifi olduqları “Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: Regional Linear Reqresiyasının tətbiqi” adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında yayımlanıb. “Elsevir” nəşriyyatı tərəfindən nəşr edilən və “Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksli “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan həmin jurnal dünyada post-kommunizm elmi araşdırmaları üzrə ən yaxşı 2 jurnaldan biri hesab edilir.

Araşdırmada Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirləri qiymətləndirilib. Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatlarına ciddi töhvə verməyib. Məqalədə həmçinin, Azərbaycanın birliyə potensial üzvülüyünün eknometrik dəyərləndirilməsi aparılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz