31 iyul 2019 23:24

"Süni qiymət artımı müşahidə olunur, kartel sövdələşmələri də istisna deyil"

“Baxmayaraq ki, inflyasiya aşağı səviyyələrdədir, bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Bu məsələ ilə müvafiq qurumlar ciddi məşğul olmalıdırlar”. 

Bunu İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. İstehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, süni qiymət artımına yol verə bilmərik, çox ciddi nəzarət mexanizmi olmalıdır”,- Azərbaycan prezidenti əlavə edib.

Kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsidir.

Eləcə də bax: Elman Rüstəmov Prezidentin yanındakı müşavirədə xəbərdarlıq etdi: “Biz diqqətli olmalıyıq”

@Marja

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz