31 iyul 2019 15:15

Trampın iqamətgahının qarşısında - HASAR TİKİLİR

ABŞ-da Ağ Evin qarşısında Pensilvaniya prospekti tərəfdən hasar tikintisinə başlanılıb.

FED.az xəbər verir ki, təqribən, 2 metr hündürlükdə olan mövcud hasar əvəzinə, ikiqat hündür, 13 futluq hasar ucaltmaq nəzərdə tutulur.

Müvafiq mühafizə cihazları ilə təchiz olunacaq yeni hasara kənar şəxslərin yaxınlaşması mümkünsüz olacaq.

Vaşinqtonda turistlərin də ən çox baş çəkdiyi Ağ Evi yenidən hasarlamaq planının kənar şəxslərin oraya girməyə cəhdlərilə əlaqədar olaraq, ortaya çıxdığı bildirilir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz