31 iyul 2019 13:00

«Günay Sığorta» işçi axtarır – VAKANSİYA

FED.az xəbər verir ki, «Günay Sığorta» rayonlarda siğorta hadisələri şöbəsinin qəza komissarı vakansiyası elan edib.

Vəzifə: “Sığorta hadisələri şöbəsinin qəza komissarı” (Quba-Xaçmaz, Şəki-Zaqatala, Yevlax, Gəncə – Qazax, Bərdə, Lənkəran – Astara, Sabirabad – Şirvan regionları üzrə)

Namizədə tələblər: Müştəri yönümlü, təmkinli, operativ, məsuliyyətli;

Yaş : 25-45

Cins: Kişi

Kompüter bilikləri: Word, Excel;

Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli;

Əsas vəzifə öhdəlikləri:

– Sığorta hadisələrinə çıxmaq və hadisə yerinə baxış keçirmək;

– Fotoşəkillər çəkmək, yazılı və video izahat almaq;

– Hadisə barədə ilkin məlumat toplamaq və dövlət orqanlarına müraciət etmək ;

– Hadisəni qeydiyyata almaq.

Avtomobili olan namizədlərə üstünlük verilir. Əmək haqqı individual olaraq müəyyən ediləcək.

Maraqlanan şəxslərdən öz “CV”-lərini “Subject” başlığına “Sığorta hadisələri şöbəsinin qəza komissarı” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz