31 iyul 2019 12:00

Gürcüstan iqtisadiyyatı - 5% ARTIB

Ötən ay Gürcüstanda iqtisadi artım 5% təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Bu ilin ilk 6 ayı ərzində orta iqtisadi artım isə 4,9%-ə bərabər olub.

May ayı ilə müqayisədə qonşu ölkədə iqtisadi artım 0,3% çoxalıb.

İyun ayında Gürcüstanda artım sənaye, daşınmaz əmlak, kirayə və biznes fəaliyyəti, tikinti, ticarət, nəqliyyat, mehmanxana və restoranlar sektorunda müşahidə olunub. Maliyyə vasitəçiliyi sahəsində isə azalma olub. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz