31 iyul 2019 09:23

Qida Təhlükəsizliyi Agentliyi təkliflər sorğusu elan edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təkliflər sorğusu elan edir. FED.az xəbər verir ki, Lot -1. İKT avadanlıqlarının satın alınmasıdır.

Lot- 2. “Alo-1003 çağrı mərkəzi”nin proqram təminatına yeni modulların əlavə edilməsi və ehtiyat server infrastrukturunun qurulması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üçün müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı lot -1- 200 manat, lot -2 isə 50 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, ­qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat (əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat forması”na əsasən).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə dair sənədləri
27 avqust 2019-cu il saat 17.00 -a qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 5 sentyabr 2019-cu il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 6 sentyabr 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz