30 iyul 2019 23:06

Ekspert: “Yeni tikilmiş binalarda komendant özbaşınalıqları baş alıb gedir"

Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov deyir ki, maarifləndirmə işləri zəif aparıldığı üçün sakinlərin çoxu qanunlar və hüquqları haqqında məlumatlı deyillər.  
Eləcə də bax: Bakıda «novostroyka»da yaşayanlar üçün - YENİ XİDMƏT BAŞLAYIR

Tədbirdə çıxış edən Azərbaycan Rieltorlar İttifaqının sədri Elnur Azadov çoxmənzilli yaşayış binalarının idarəetmə problemlərindən danışıb.

O bildirib ki, köhnə binaların istismar xərcləri yüksək olduğu üçün orada yaşayan sakinlər idarəetmədə maraqlı deyillər: “Meyarlar dəqiqliklə müəyyən olunmalıdır ki, hansı sahələrə mənzil kommunal təsərrüfat birlikləri qulluq edir. Maarifləndirmə işləri zəif aparıldığı üçün sakinlərin çoxu qanunlar və hüquqları haqqında məlumatlı deyillər. Ona görə də, yeni tikilmiş binalarda komendant özbaşınalıqları baş alıb gedir”.

Eləcə də bax: Bakı «novostroyka»larında xidmət haqqının yeni üsulla - ÖDƏNİŞİ BAŞLANIB

@Sputnik.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz