30 iyul 2019 15:58

Tehran şəhərinin sabiq meri - EDAM OLUNACAQ

İranda məhkəmə Tehran şəhərinin sabiq meri, 66 yaşlı Məhəmməd Əli Nəcəfini edama məhkum edib.

Bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili deyib.

O bildirib ki, sabiq mer qəsdən adam öldürməkdə və qanunsuz silah gəzdirmək ittiham olunub. Məhkəmə zərərçəkmiş tərəfin istəyi ilə onun edam olunmasına qərar verib.

Qeyd olunub ki, Nəcəfi bu ilin mayında ikinci həyat yoldaşı Mitra Nəcəfini odlu silahla qətlə yetirib. Zərərçəkmiş tərəf onun bağışlanmasını istəməyib.

Xatırladaq ki, İranın sabiq vitse-prezidenti və Tehranın sabiq meri olmuş Məhəmməd Əli Nəcəfi Həsən Ruhaninin prezidentliyi dövründə Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində də çalışıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz