29 iyul 2019 14:07

Azərbaycanda nəhəng - ARIÇILIQ KOMPLEKSİ YARADILIR

Kənd Təsərrüfatı Nazirliyi arıçılıq kompleksinin layihələndirilməsi və Yeni cins arı və barama qurdlarının qeydiyyatı, sınağı və artırılması məqsədilə şirkətlər seçir.

Seçim açıq tender üsulu ilə keçirilir və 2 lotdan ibarətdir: 10 min arı ailəsindən ibarət “Arıçılıq kompleksi”nin layihələndirilməsi və yeni cins arı və barama qurdlarının qeydiyyatı, sınağı və artırılması mərkəzinin layihələndirilməsi.

İştirak haqqı - 50 manat təşkil edir.

Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.

Tender təklifləri avqustun 29-da saat 17:00-dək qəbul olunur. Tender proseduru avqustun 30-da saat 17:00-da keçiriləcək. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz