25 iyul 2019 17:07

Böyük tenderi Türkiyə şirkəti qazandı - DETALLAR

“BakuBus” MMC-nin balansında olan İveco markalı avtobuslar üçün ehtiyyat hissələrinin satınalınması üçün elan edilmiş tenderin qalibi məlum olub. FED.az xəbər verir ki, tenderin qalibi "Karataş Tarımçılık Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi olub.

Məlumata görə, 25 İyul 2019-cu il tarixində “BakuBus” və nümayəndəlik arasında müqavilə imzalanıb. Müqavilənin məbləği 3 milyon 214 min manatdır.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz