25 iyul 2019 12:58

«Elektron məhkəmə» sistemindən istifadə qaydaları - TƏSDİQLƏNİB

Azərbaycanda «Elektron məhkəmə» informasiya sistemindən istifadə qaydaları təsdiqlənib. FED.az xəbər verir ki, bu sistem vasitəsilə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi mümkün olacaq. Qaydalara görə, İnformasiya Sistemi fasiləsiz 7 gün 24 saat rejimində işləyəcək.

Sistemdən istifadə etmək istəyənlər, yəni hakimlər və proses iştirakçıları (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər) bu sistemə “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə  daxil ola bilərlər. Hakimlər tərəfindən məhkəmə sənədləri elektron formada tərtib edilib sistemə yerləşdirilir və bu sənədləri proses iştirakçılarının elektron kabinetinə də düşür. Bununla bağlı məlumatlar elektron poçt, SMS və s. vasitəsilə çatdırılır.

Sistemdə elektron kabinet yaratmaq üçün şəxsiyyət vəsiqəsi, «ASAN imza», «Elektron imza» və «ASAN login» ilə qeydiyyatdan keçmək mümkündür.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz