25 iyul 2019 08:34

"31 Oktyabrda Avropa İttifaqından ayrılacağıq"

Böyük Britaniyada hökuməti qurmaq səlahiyyətini alaraq rəsmən ölkənin yeni Baş naziri olan Boris Conson (Boris Johnson), 31 Oktyabrda Brexiti keçirəcəklərini, Avropa ittifaqından (Aİ) müqaviləsiz ayrılmağa hazır olduqlarını bildirib.
FED.az xəbər verir ki,"Buckingham" Sarayına gələn Conson burada açıqlamalar verib.

 Conson, "31 Oktyabrda (Aİ-dən) ayrılacağıq; Əgəri, amması yoxdur. Yeni və daha yaxşı bir razılaşma edəcəyik", -ifadəsini istifadə edib.

Conson Böyük Briyaniya xalqının gözləməkdən yorulduğunu və hərəkətə keçmək zamanının çatdığını qeyd edib.
Conson, az da olsa, müqaviləsiz ayrılıq ehtimalı olduğunu, ancaq bu halda İngiltərənin Aİ-yə ödəməsi lazım olan 39 milyard funt-sterlinqi ödəməyəcəyini qeyd edib.
Həmçinin Yeni Baş nazir  müqaviləsiz Brexit-ə hazır olduqları mesajını da verib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz