24 iyul 2019 19:03

Təhsil müəssisələri üçün rüsumlar təsdiqləndi – MƏBLƏĞLƏR, SİYAHI

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyası üçün rüsumlar müəyyən edilib.
FED.az xəbər verir ki, prezident İlham Əliyev «Təhsil haqqında» və «Dövlət rüsumları haqqında» qanunlara dəyişiklikləri təsdiqləyib. «Dövlət rüsumu haqqında» qanuna 32-1 maddə əlavə edilib. Həmin maddəyə əsasən, təhsil müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumlarının məbləği 2-12 min manat arasındadır. 

 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
32-1.1. məktəbəqədər təhsil müəssisələri 2000 manat
32-1.2. ümumi təhsil müəssisələri 5000 manat
32-1.3. məktəbdənkənar təhsil müəssisələri 5000 manat
32-1.4. peşə təhsili müəssisələri 10000 manat
32-1.5. orta ixtisas təhsili müəssisələri 12000 manat
32-1.6. ali təhsil müəssisələri 20000 manat
32-1.7. əlavə təhsil müəssisələri 12000 manat
32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 12000 manat
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz