24 iyul 2019 12:45

TANAP daha bir mükafata layiq görülüb

Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi daha bir mükafata layiq görülüb.

FED.az xəbər verir ki, TANAP Sosial və Ətraf Mühit İnvestisiya proqramları ilə mərkəzi ofisi Böyük Britaniyada yerləşən “The International CSR Excellence Awards” tərəfindən “Davamlılıq” kateqoriyasında mükafatlandırılıb.

TANAP bu mükafat ilə bu il noyabrın 25-də Londonda Birləşmiş Krallıq Parlament binasında keçiriləcək Korporativ Sosial Məsuliyyət dünya liderləri tədbirinə Dünya Lideri kimi dəvət edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz