22 iyul 2019 09:37

"Rabitəbank"ın maliyyə vəziyyəti - MƏLUM OLDU

Rabitəbank bu ilin birinci yarısına olan maliyyə vəziyyətini açıqlayıb. FED.az xəbər verir ki, bank bu ilin birinci 6 ayında 4 mln 835 min manat mənfəət əldə edib. Xatırladaq ki, ötən il bankın mənfəəti 311 min manat olmuşdur. 

Bankın aktivlərində azalma qeydə alınıb. Belə ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu il bankın aktivləri 14.18% azalaraq 611 mln 404 min manat təşkil edib. Həmçinin bankın öhdəlikləri də 17.39% azalaraq 516 mln 877 min  manat təşkil edib. 

Bank ötən ilin birinci yarısı ilə müqayisədə bu il müştərilərinə verdiyi kreditləri 31.57% artıraraq 346 mln 502 min manata çatdırıb. 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz