20 iyul 2019 18:46

Azərbaycanda tanınmış iş adamı - VƏFAT EDİB 

Azərbaycanda tanınmış iş adamı vəfat edib.

FED.az-ın məlumatına görə, Qax suyu istehsal edən
"Qax Mineral Su-İlham" MMC-nin təsisçisi və rəhbəri olan Mustafa Muxtarov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mustafa Muxtarov Qaxda məşhur iş adamı olub. Gənc vaxtlarından milli azadlıq hərəkatının, daha sonra Qarabağ müharibəsinin iştirakçısı olub.

Rayonda xeyriyyəçiliklə məşğul olan məşhur iş adamı, Qax suyu istehsal edən firmanın sahibi idi. Tərəfdaşları onu bacarıqli, eyni zamanda çox dürüst bir insan kimi xatırlayırlar. 
Yaxınlarının məlumatına görə, çox intellektual və geniş dünyagörüşünə malik insan olub. “Bir ildən az olardı ki, xərçəngə tutulmuşdu, İstanbulda müalicə alırdı, ancaq xeyri olmadı, 55 yaşında vəfat etdi. Rayonda böyük xeyriyyəçi kimi tanınırdı”, - deyə iş adamının yaxınları bildirib.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz