20 iyul 2019 09:40

İran Britaniyanın neft tankerini - SAXLADI

İran Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.

FED.az xəbər verir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.

Bildirilir ki, tanker lazımi yoxlamalardan keçmək üçün sahilə çəkilib.

Məsələ ilə bağlı açıqlama verən Britaniya Krallığının Xarici İşlər naziri Ceremi Hant durumdan narahat olduğunu bildirib. O, İran Fars körfəzində Britaniya və Liberiya bayrağı ilə üzən gəmilərin saxlanıldığını qeyd edib. Ceremi Hant gəmilərin sərbəst buraxılması üçün fövqəladə komitənin iclasında iştirak edəcəyini söyləyib

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz