19 iyul 2019 18:51

Sənaye Parkında yeni rezident - 20 MİLYON MANAT YATIRACAQ

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb və Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb. İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, “Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaqdır. Layihənin investisiya dəyəri 20 milyon manata yaxındır.


İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək.

 

Müəssisədə  40-dək daimi iş yeri yaradılacaqdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz