19 iyul 2019 09:25

Eldar Mansurovun oğlu “Azergold”a - TƏYİNAT ALIB

“Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

 FED.az Banker.az-a istinadən xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.
Eləcə də bax:"Milli Mühasiblər Forumu" na yeni sədr seçilib

A.Mansurov həmçinin, bu ilin yanvarında “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyed edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur (daha bir oğlu Ülvi Mansurov da bank sahəsində çalışır). Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura “Azericard” MMC, ABB və “Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz