18 iyul 2019 16:24

Jurnalistlər pulsuz müayinədən keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün KİV nümayəndələri üçün ödənişsiz ilkin terapevtik müayinə keçiriləcək.

FED.az-ın məlumatına görə, müayinəni "Apifioterapiya" Mərkəzinin həkimi fitoterapevt Elnur Eldaroğlu aparacaq.
Eləcə də bax:Özəl klinikalar üçün mühüm yenilik - 5 İLDƏN BİR YOXLAMA GƏLİR

E.Eldaroğlu Trend-ə bildirib ki, aksiya 24-26 iyul tarixlərində keçiriləcək.

Aksiyadan qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz