17 iyul 2019 21:32

Dubaydan gətirilən qanunsuz telefonlar - MÜSADİRƏ EDİLDİ 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az - a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 1 mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajda bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 40 mobil telefon ekranı, 2 ədəd yaddaş kartı, 8 ədəd elektron qidalandırıcı, 4 ədəd plata və əynindəki gödəkcənin sağ və sol yan ciblərindən isə 4 “Iphone” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz