17 iyul 2019 18:46

Əmlak Xidmətləri Məkanında E-monitorlar yerləşdirilib - KOMİTƏDƏN AÇIQLAMA

Əmək Məsələləri üzrə Dövlət Komitəsi Əmlak Xidmətləri (ƏMDK) Məkanında Elektron Monitorlar yerləşdirib.
 
FED.az-ın məlumatına görə, bu haqda TED.az-a ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib: “Əmlak Xidmətləri Məkanında E-monitorların yerləşdirilməsində əsas məqsəd vətəndaşların rahatlığını təmin etməkdir. Bu monitor vastiəsilə vətəndaşlar e-emdk.gov.az saytına onlayn olaraq daxil ola bilər və saytın xidmətlərindən onlayn qaydada yararlana bilərlər.  E-monitorlar Əmlak Xidmətləri Məkanında ikinci və üçüncü mərtəbələrdə yerləşdirilib”.
 
Q.Xəlilov bildirdi ki, vətəndaşlar növbə gözləmədən qurumun təqdim etdiyi E-xidmətlərdən E-monitorlarla yararlana bilərlər: “Məsələn, Daşınmaz Əmlakın Dövlət Reysterində elektron çıxarışın əldə edilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi, mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumat və s. əldə edə bilərlər”.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz