17 iyul 2019 16:14

Yarım ildə 399 milyon manatlıq tikinti materialı istehsal edilib

Cari ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,9 faiz artaraq 399,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, tikinti kərpicinin istehsalı 62,2 faiz, tikinti əhənginin istehsalı 50,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 20,5 faiz artıb.
Eləcə də bax:Azərbaycanlılar ABŞ da ipoteka ilə mənzil ala bilərlər

Sementin istehsalı 5,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 45,6 faiz, tikinti gipsinin istehsalı isə 81,7 faiz azalıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz