12 iyul 2019 14:16

Palata lisenziya və aktuari attestasiyasının - NƏTİCƏLƏRİNİ AÇIQLAYIB

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Eləcə də bax:Avtoqəzalarda ölən və yaralananlara görə - 227 MİN MANAT KOMPENSASİYA ÖDƏNİLİB

Palatanın mətbuat xidmətindən FED.az-a bildirilib ki, nəticələrə əsasən, attestasiyada iştirak edən 9 namizəddən 5-i keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz