12 iyul 2019 12:29

2019-cu il dövlət büdcəsi dəyişdirildi - QƏRAR

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişik barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax:Çəkisi 1600 kq-dan çox olan qoşqular və yarımqoşqular - GÖMRÜK RÜSUMU MÜƏYYƏNLƏŞİB

FED.az-ın məlumatına görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişikliklə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır.

Eyni zamnada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz