12 iyul 2019 11:50

Azərbaycanda istehsalın artdığı və azaldığı - SAHƏLƏR AÇIQLANDI - SİYAHI

Dövlət Statistika Komitəsi (DSK) ölkə sənayesindəki vəziyyəti açıqlayıb. FED.az Komitəyə istinadən sənaye istehsalının artıb-azaldığı sahələri təqdim edir. 
Eləcə də bax:Azərbaycanda sənayenin vəziyyəti açıqlandı – RƏSMİ RƏQƏMLƏR

İstehsalın artdığı sahələr:

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə,

avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz,

içkilərin istehsalı 65,2 faiz,

toxuculuq sənayesi məhsullarının istehsalı 51,2 faiz,

hazır metal məmulatlarının istehsalı 47,1 faiz,

rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8 faiz,

kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz,

kağız və karton istehsalı 28,6 faiz,

mebel istehsalı 27,7 faiz,

maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6 faiz,

qida məhsullarının istehsalı 20,0 faiz,

tütün məmulatlarının istehsalı 14,2 faiz,

poliqrafiya məhsullarının istehsalı 10,6 faiz,

maşın və avadanlıqların istehsalı 10,0 faiz,

kompüter, elektron və optik məhsulların istehsalı 10,0 faiz,

tikinti materiallarının istehsalı 8,9 faiz,

əczaçılıq məhsullarının istehsalı 5,7 faiz,

geyim istehsalı 3,3 faiz,

dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,0 faiz,

sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz,

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,8 faiz,

su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.

 

İstehsalın azaldığı sahələr:

neft məhsullarının istehsalı 1,5 faiz,

elektrik avadanlıqlarının istehsalı 8,0 faiz,

metallurgiya sənayesi məhsullarının istehsalı 18,2 faiz azalıb.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz