12 iyul 2019 10:18

"Twitter"də problem yaranıb - CEO-dan AÇIQLAMA 

Sosial şəbəkə və mikroblog platforması "Twitter"in işində problem yaranıb.

FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünya üzrə davam edən bir saatlıq kəsintidən sonra problem qismət aradan qaldırılıb.

"Twitter"in CEO-su Cek Dorsi isə sosial şəbəkədə problemin tamamilə aradan qaldırılması üzərində işlədiklərini bildirib. Problemin isə daxili sistem dəyişikliyindən qaynaqlandığı qeyd olunub.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz