11 iyul 2019 10:18

"AKKORD"un şirkəti fəaliyyətini 7 illik - DAYANDIRIB - HESABAT

“AKKORD AN” ASC-nin 2018-ci il dekabrın 31-nə olan illik hesabatını açıqlayıb. FED.az xəbər verir ki, hesabat dövrü ərzində bu hallar baş verməyib.

Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:
Hesabat dövrü ərzində emitentin hər hansı filialı və nümayəndəliyi yaranmamış və ya ləğv edilməmişdir.
Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:

Hesabat dövrü ərzində emitentin hər hansı törəmə cəmiyyəti yaranmamış və ya ləğv edilməmiş, yaxud hər hansı Cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunmasına əsas olan müqavilə bağlanmamışdır.

Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun adı:

Hesabat dövrü ərzində emitent hər hansı şirkətlər qrupunun hissəsi olmamışdır.

Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:

Hesabat dövrü ərzində emitent hər hansı bir fəaliyyət istiqaməti ilə məşğul olmayıb. Emitentin nizamnaməsinə müvafiq olaraq müxtəlif növ məhsulların istehsal və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi onun fəaliyyətinin əsas istsqamətləridir.

Emitent lisenziya və ya icazəyə malik olduqda,onlar üzrə fəaliyyət növləri və qüvvədə olma muddətləri:
Hesabat dövrü ərzində emitent lisenziya və ya icazə almayıb. Hər hansı fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya və ya icazəsi yoxdur.
Emitentin təklif etdiyi məhsullar və xidmətlər:

Hesabat dövrü ərzində emitent məhsul istehsal etməmiş və xidmət göstərməyib.

Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:

Hesabat dövrü ərzində emitentin işçiləri olmayıb. Emitentin fəaliyyəti 20 iyun 2024-cü il tarixədək dayandırılıb.
Emitentin idarəetmə orqanları haqqında məlumat:

İcra orqanı: Direktor – Məmmədov Anar Davud oğlu
Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrıliqda sayı:

Fiziki şəxs olan səhmdarların sayı: 1 (bir).
Hüquqi şəxs olan səhmdarların sayı: 1 (bir)

Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paya) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı və emitentin nizamnamə kapitalında payı:
Hüquqi şəxs:

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti, olduğu yer – AZ1033, Bakı şəhəri, Ağa Nemətulla küçəsi, məhəllə 1937, VÖEN 9900080711.Səhmlərin sayı- 280 (iki yüz səksən) ədəd adi adlı səhm. Emitentin nizamnamə kapitalında payı - 70 %.
Fiziki şəxs:

Kazymov Mokhlat. Səhmlərin sayı- 120 (bir yüz iyirmi) ədəd adi adlı səhm. Emitentin nizamnamə kapitalında payı - 30 %
14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):

Yoxdur.

15. Emitentin səhmdarlarının hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:
15.1. yığıncağın keçirilmə tarixi və yeri: Cəmiyyətin fəaliyyəti 18 iyul 2017-ci il tarixindən dəyandırıldığından səhmdarlarının yiğıncağı keçirilməmişdir.
15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar: Yığıncaq keçirilmədiyindən qərar qəbul edilməmişdir.
16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:
16.1.investisiya qiymətli kağızın növü və forması; adi adlı səhm
16.2.investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi; AZ1001020440, 14 may 2018
16.3.investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri; nominal dəyəri 10 (on) manat olan 400 (dörd yüz) sayda adi adlı səhm.
16.4.investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri; 4000 (dörd min) manat.
16.5.hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividentlər haqqında məlumat; hesabat ili ərzində emitentin fəaliyyəti olmadığından və emitent tərəfindən gəlir əldə edilmədiyindən dividend ödənilməmişdir.
16.6.faizli istiqrazlar buraxılışı haqqında məlumatda-istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi: emitent tərəfindən istiqraz buraxılmamışdır.
16.7.investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer; Bakı Fond Birjası – ünvan: AZ1025, Bakı şəhəri, Babək prospekti, 12 A,”Babək plaza”, blok B
17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:
Hesabat dövrü ərzində emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.
18. Emitent tərəfindən aidiyyati şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:
Hesabat dövrü ərzində emitent tərəfindən aidiyyati şəxslərlə əqdlər bağlanmamışdır.
19. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:
14 iyun 2019-cu il

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz