10 iyul 2019 14:55

"Dost Sığorta" müraciət edənlərin sayı - ARTIR

“Dost Sığorta” online platformasının istifadəçilərinin sayı 600 nəfəri ötüb. FED.az xəbər verir ki, bunu “Dost Sığorta”nın təsisçisi Nicat Əlibəyli bildirib.

Onun sözlərinə görə adı çəkilən platformanın 2 aydan az fəaliyət göstərməsinə baxmayaraq qeydiyyatdan keçənlərin sayı artıq  600 nəfərə çatıb. Nicat Əlibəylinin sözlərinə görə, ümumilikdə “Dost Sığorta” ilə maraqlananlar olduqca çoxdur. Qeyd edilən 600 nəfər isə portalda qeydiyyatdan keçən və özünə online kabinet açanlardır.

Adı çəkilən platformada hələ ki, yalnız avtomobillərin icbari sığortası mümkündür. Nicat Əlibəylinin sözlərinə görə, "Dost Sığorta"nın üstünlüklərindən biri də burada bütün işlərin online aparılmasıdır.

Nicat Əlibəylinin sözlərinə görə, “Dost Sığorta” müqaviləm səhv yazıldı, bonus-malus səhv hesablandı deyən insanlar üçün əla imkan yaradır. Avtomobili olan istənilən şəxs , online , heçkimin müdaxiləsi olmadan öz avtomobilini bu portal vasitəsi ilə  sığortalaya bilər.



 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz