10 iyul 2019 12:29

"Çubuq vergisi" çinliləri ənənələrindən çəkindirə bilməyib

Çində ənənəvi olaraq yemək zamanı çəngəl əvəzinə xüsusi çubuqlardan istifadə olunur. Ölkədə hər il istifadə olunan birdəfəlik çubuqların sayı 45 milyarda çatır və bunların istehsalı üçün 25 milyon ağac kəsilir.  FED.az xəbər verir ki, buna görə də hökumət birdəfəlik yemək çubuqlarına 5 faizlik xüsusi vergi tətbiq edir. Bu addım əhalini plastik materiallardan düzəldilmiş davamlı şəkildə işlədilən çubuqlardan istifadəyə təhrik etmək üçün atılıb. Buna baxmayaraq, çinlilər dədə-baba qaydalarından əl çəkməyə həvəs göstərmirlər. Onlar üçün ənənə iqtisadi səmərəlilikdən daha üstündür.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz