10 iyul 2019 09:29

Çində ərzaq qiymətləri kəskin artıb

Çinin Milli Statistika Bürosu tərəfindən açıqlanan məlumatlara görə, istehlakçı qiymətləri İyun ayında əvvəlki ay ilə eyni səviyyədə - 2.7% artıb.

İnflyasiya ötən ilin İyun ayında 1.9% səviyyəsində baş vermişdi.

Qida və enerji  qiymətləri xaric baza inflyasiya isə 1.6% səviyyəsində qalıb.

Ərzaq qiymətləri 8.3% artım ilə, 2012-ci ildən bu yana ən sürətli tempdə yüksəlib.

Çində istehsalçı qiymətləri isə az qala üç ilin ən aşağısına geriləyərək, əvvəlki ilin eyni ayı ilə müqayisədə sıfır səviyyəsində olub.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz