09 iyul 2019 18:10

"Elektron İpoteka" portalı ünvanını - DƏYİŞİB

Elektron İpoteka portalı artıq bir neçə müddətdir ki, fəaliyyətini dayandırıb.  FED.az xəbər verir ki, buna səbəb isə adı çəkilən portalda aparılan işlərin bundan sonra yenilənmiş e- hökumət portalı üzərindən aparılması olacaq.

Belə ki, əvvəl sistemə həm e-hökumət portalından, həm də "e-İpoteka" portalından daxil olmaq mümkün idisə. Artıq bir müddətdir ki,  sistemə giriş yalnız  e-hökumət portalı üzərindən həyata keçirilir.

Qeyd edək ki, "e-İpoteka" portalı vasitəsi ilə vətəndaşlar ipoteka ilə bağlı elektron qaydada müraciət edirdilər.  Həmçinin ipoteka krediti olanlar portal vasitəsi ilə öz şəxsi kabinetlərində ödədikləri vəsaitlərə eləcə də sığorta polislərinin müddətini nəzərdən keçirə bilirdirlər. Bundan sonra bütün bu və digər xidmətlər e-hökumət portalı üzərindən həyata keçiriləcək

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz