09 iyul 2019 15:48

Azərbaycanda otellər - 90% DOLUDUR - AÇIQLAMA

Hazırda Azərbaycanda otellərin əksəriyyətində doluluq səviyyəsi 90%dir. Bunu FED.az-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri (AHRA) Samir Dübəndi bildirib.

“Ənənvi olaraq keçəl ildə eyni vəziyyəti müşahidə edirik bazarda otellərdə boş yerlər demək olar ki, çatmır Xüsusən də 2-3 ulduzlu otellərin nömrə fondu kifayət etmir” – deyə assosiasiya rəhbəri bildirib.

Samir Dübəndinin sözlərinə görə otel çatışmamazlığına görə, mənzil fondu aktivləşib.

Assosiasiyanın apardığı monitorinqə görə,  paytaxtın mərkəzində 1200 mənzilin turistlərə icarəyə verildiyi məlum olub.

Samir Dübəndinin sözlərinə görə, şəxsi mənzillərin turistlərə icarə verilməsi kiçik və orta otellərə qeyri ədalətli rəqabət  mühiti yaradır.

“Turiztlərə icarəyə verilən mənzillərin vergi sistemindən tutmuş kommunal xidmətlərə qədər tənzimlənməlidir. Belə ki, əgər bu evlər biznes kimi istifadə edilirsə o zaman kommunal ödənişləri də ona uyğun ödənməlidir. Sıradan əhalinin ödədiyi tariflər kimi ödənməməlidir.” – deyə Samir Dübəndi bildirib.

Eləcə də bax:Azərbaycanda otellərin bələdiyyələrə 2,7 milyon manat - BORCU YARANIB

 

Samir Dübəndinin sözlərinə görə, belə evlərin standartlara uyğun olmaması Azərbaycan turizminin adına xələl gətirir.

“Hazırda yeni seqmentdə yaranıb. Əvvəllər hostellər yox idi. Artıq hostellər də var. O cümlədən qonaq evləri də var. Amma biraz da təkan vermək lazımdır . Biz kütləvi turizmə nail olmaq istəyirik. Belə turistlər isə varlı turistlər deyil, orta təbəqənin nümayəndələridir”. – deyə AHRA rəsmisi bildirib.

Azərbaycana gələn ərəb turistlərindən də söz açan mütəxəssis bəzi ərəb ölkələrindən turistlərin sayında azalma bəzilərin də isə əksinə artımın olduğunu bildirdi. Onun sözlərinə görə, Səədüyyə Ərəbistanı, BƏƏ, Bəhreyn ölkələrindən gələnlərin sayında artım olduğu halda İrqadan gələn turistlərin sayında azalma olduğunu bildirdi.

Samir Dübəndinin sözlərinə görə, Azərbaycana yeni istiqamətlərdən Pakistan və Hindistan kimi ölkələrdən gələnlərin sayının artdığını da bildirdi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz