09 iyul 2019 15:43

Tbilisidə ticarət mərkəzi təxliyə olunub

Gürcüstanın paytaxtı Tbilisidə Dadiani küçəsində yerləşən “Karvasla” ticarət mərkəzinin əməkdaşları və vətəndaşlar təxliyə olunub.

FED.az-ın Gürcüstan bürosu xəbər verir ki, mərkəzə partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.

Ticarət mərkəzinə istehkamçılar və polis əməkdaşları cəlb olunub.

Mərkəzdə partlayıcı qurğunun olması barədə məlumat hələ təsdiqini tapmasa da, təhlükəsizlik tədbirləri gücləndirilib. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz